Dizayn layihəsi üzərində işlərin ardıcıllığı

Dizayn layihəsinin studiyamızda necə inkişaf etdirilməsi və həyata keçirilməsi ilə bağlı aydın bir fikir vermək üçün əsas mərhələlərə nəzər salaq

01
Texniki tapşırığın tərtib edilməsi

Sizinlə ünsiyyət qurarkən bütün lazımi məlumatları toplayırıq:
Sizin şəxsi görüşünüz, önəm verdiyiniz məqamlar,
zövq və həyat tərziniz, obyektin texniki şərtləri və xüsusiyyətləri.
Ətraflı texniki tapşırıq layihəni lazımsız dəyişikliklər olmadan daha sürətlə həyata keçirməyə imkan verir və dizayn mərhələsində vaxtımıza qənaət edirik.

02
Planlaşdırma həllinin hazırlanması

Bu mərhələdə Sizin üçün komfortlu olan – planlaşdırmanın detallı şəkildə tərtib olunması işləri görülür və daha sonra həyata keçirilməsi üçün Sizinlə razılaşdırılır…

03
Konsept – eskiz

Biz interyerin konsepsiyasını işləyib hazırlayacayıq, Sizə rəng həllini, interyerdə həcmli həlləri təklif edəcəyik. Konseptdə mebel və materialları seçəcəyik, əsas komplektasiyanı müəyyən etmək üçün bəzək materialları, mebel və santexnika məhsullarına Sizinlə birlikdə qərar verəcəyik.

04
Layihənin vizualizasiyası

3D vizualizasiya mərhələsində fotorealistik təsvirlərdə Sizin gələcək interyerinizi təmsil edəcəkləri və həmçinin üslub, rəng həlli, materialların, mebelin və dekorun uyğunluğunu qiymətləndirə biləcəksiniz.

Vizualizasiya mebel və materialların seçilməsi ilə birlikdə təqdim olunur. Belə ki, seçilmiş məhsulları ayrı-ayrılıqda və birlikdə görəcəksiniz.