Ağıllı ev sistemi evinizdə və ya iş yerinizdə təhlükəsizliyi təmin etmənin, rahatlığı yaşamanın və enerji səmərəsindən faydalanmağın ən ağıllı və praktik yoludur. Ağılınıza gələ biləcək bütün cihazlar tək bir platforma üzərindən bir-birləri ilə bağlantılı olaraq çalışaraq, həyatınıza dəyər qatıb evinizdəki həyat keyfiyyətini yüksəldirlər.

Yeni nəsil ağıllı ev sistemləri, evinizin təhlükəsizliyinə davamlı müşahidə və xəbərdarlıq sistemləri ilə təminat verir, yanğın, su basması, qaz sızması, oğurluq və uşaq (yaşlı) baxımı kimi bir çox mövzuda Sizə ağıllı həllər təklif edir. Təhlükəsizliklə yanaşı, evinizdəki bütün işıqlandırma, istilik və soyutma sistemlərini uzaqdan idarə etməni təmin edib, pərdə, TV və s. multimedia vasitələri kimi elektriklə işləyən bütün cihazların idarəsini Sizə təqdim edirlər. Üstəlik, istədiyiniz hesabat və xəbərdarlıqları Sizə göndərərək gərəksiz enerji itkisinin qarşısını alıb və enerji qənaətini təmin edirlər.

Bütün bu yüksək təhlükəsizlik və rahatlıq xidmətlərinin idarəsi internetə daxil ola bildiyiniz hər yerdən mobil telefonu və ya kompüterlərin vasitəsilə həyata keçirilir və Siz evinizdən uzaqda olarkən belə gözünüz arxada qalmır.

Siz istirahət edərkən – ev sizin üçün işləyir!