Niyə bizi seçirlər?

Əgər gördüyümüz iş müştərimizə sevinc hissləri bəxş edirsə, bu, bizim uğurumuzdur

01

Addım-addım iş üsulu

Layihələndirmə zamanı istifadə etdiyimiz metodika bizə imkan verir ki, Sizin xəyallarınızı gerçəyə çevirəcək evi quraq – və eyni zamanda lazımsız xərclərdən uzaq olaq.

02

Layihələrdə ekoloji cəhətdən təmiz materiallar

Biz kotteclərin, evlərin, mənzillərin və s. tikintisi və bəzədilməsi zamanı yalnız ekoloji təmiz inşaat, bəzək materialları və mebeldən istifadə edirik. Çünki biz müştərilərimizin təmiz hava ilə nəfəs almasını istəyirik.

03

Tikinti texnologiyaları barəsində anlayışımızın olması

Biz Sizin evlərin layihələndirilməsi zamanı verilən doğru qərarların icrasını tam məsuliyyətlə həyata keçiririk. Inşaatçılara ünvanlana biləcək sualların cavabını gördüyümüz işin təkmilliyində tapacaqsınız. Mükəmməl icra edilən işdən sonra nəyisə və ya nələrisə dəyişmək, başqasıyla əvəz etmək və s. barədə düşünməyə gərək qalmayacaq.

04

Tikinti prossesinin idarə olunması

Biz bütün inşaat prossesini təşkil edirik və Sizin buna əlavə vaxtınız getmir. Siz bütün layihəni “açar təslim” olaraq təhvil alırsınız və tikintiyə aid olan heç bir problem Sizi narahat etmir. Siz obyektə sadəcə təhvil almaq lazım olanda gəlirsiniz.

İdarəetmə zamanı obyektdə bütün iştirakçılara nəzarət edən menecer olacaq. Mütəmadi olaraq obyektdəki işin gedişini izləmək üçün oraya baş çəkmək əvəzinə, Siz öz sevdiyiniz işlərinizlə məşğul olacaqsınız – inşaata aid olan bütün işləri biz öz üzərimizə götürürük. Siz həmçinin işin gedişinə onlayn – canlı olaraq kameradan, öz mobil telefonunuzdan, istənilən zaman və istənilən yerdən nəzarət edə bilərsiniz.