“NIGAR AGHAYEVA DESIGN & CONSTRUCTION” şirkəti Sizə istənilən ölçüdə sahələrin landşaft dizaynı xidmətlərini təqdim edir. Tez, kreativ olaraq biz Sizin bağ evinizi və ya elit şəhərkənarı kottecinizə bitişik ərazini landşaft sənətinin əsl nümunəsinə çevirəcəyik.

Aparıcı aqronomlarımızın rəhbərliyi altında, Bakı və ətraf regionunun sahələrində təcrübəli kadrlarımız bütün işləri icra edəcək.

Dizayn studiyamızın əsas üstünlüyü – sahənizə qayğı ilə landşaft həllərinin dizaynına elmi yanaşmadır.

Birdəfəlik xidmətlər və sahələrə kompleks qulluq göstəririk.

Bağ sahəsinin landşaft dizaynı – sahiblərin həyat tərzini nəzərə alan harmonik, sağlam həyətyanı sahənin yaradılmasıdır: idman və piknik üçün qazonlar, istirahət üçün kölgəli yaşıl zonalar, güllüklər və alp təpəcikləri, yaponsayağı bağlar.