Eskiz layihəsi memarlıq-tikinti layihələndirmənin bir mərhələsidir. Bu mərhələdə obyektin ilkin layihələndirilməsi həyata keçirilir ki, bu da binanın əsas xüsusiyyətlərini, onun planlaşdırılmasını və xarici görünüşünü müəyyən etməyə imkan verir. Yəni eskiz layihə Sifarişçiyə tikintinin hazır variantı haqqında ətraflı təsəvvür əldə etməyə, mərtəbələrin daxili planlaşdırılmasının təsvirlərini və evin xarici görünüşlərini tam həcmdə görməyə imkan verir.

Eskiz layihədə təqdim edilən sənədlər nisbətən kiçik həcmdədir və bilavasitə Sifarişçi tərəfindən təsdiq olunmaq məqsədi ilə işlənib hazırlanır. Bu mərhələdə lazım gəldikdə, binanın layihəsinə düzəlişlər edilməsi və ya layihənin bir neçə variantından seçim edilməsi nəzərdə tutulur. Evin eskiz layihəsi Sifarişçi tərəfindən qəbul və təsdiq edildikdən sonra gələcək, daha müfəssəl layihələndirmə işləri üçün əsas olur.

Eskiz layihələr layihələndirmənin ilkin mərhələsidir və dövlət nəzarəti orqanlarında razılaşdırılmır, lakin işlərin bu ilkin mərhələsi olmadan sonrakı və daha vacib layihələşdirmə mümkün deyil, çünki gələcək obyektin əsas parametrləri məhz bu mərhələdə müəyyən edilir: onun memarlığı, üslubu, xarici görünüşün və daxili planlaşdırmanın əsas konsepsiyası.