Biz layihələrimizin hər birinə xüsusi və fərdi yanaşırıq. Şablonlardan uzaq, yenilikçi fikirlər bizim əsas meyarımızdır.

Siz də kreativ, şablonlardan uzaq, komfortlu məkanlar düşünürsünüzsə, bu işdə biz Sizə böyük məmnuniyyətlə öz xidmətimizi təklif edirik. Ən qısa zamanda xəyallarınızı gerçəyə çevirə bilərik.

Bütün gözəl, zövq oxşayan və eyni zamanda mürəkkəb interyer layihələrinin arxasında hər zaman eyni dərəcədə mürəkkəb dizayn layihələndirilməsi dayanır. Onların sayəsində biz nəinki gələcək interyeri qabaqcadan “nəzərdən keçirə”, həm də bir çox texniki aspektləri hesablaya bilərik: məsələn, mebel, naqillər, borular və s. digər kiçik detallar harada və necə yerləşəcək. Dizayn layihəsi dörd fərqli nöqtədən baxmağa imkan verir.

Sizinlə ünsiyyət qurarkən bütün lazımi məlumatları toplayırıq:
Sizin şəxsi görüşünüz, önəm verdiyiniz məqamlar,
zövq və həyat tərziniz, obyektin texniki şərtləri və xüsusiyyətləri.
Ətraflı texniki tapşırıq layihəni lazımsız dəyişikliklər olmadan daha sürətlə həyata keçirməyə imkan verir və dizayn mərhələsində vaxtımıza qənaət edirik.

Addım-addım iş üsulu
Layihələndirmə zamanı istifadə etdiyimiz metodika bizə imkan verir ki, Sizin xəyallarınızı gerçəyə çevirəcək evi quraq – və eyni zamanda lazımsız xərclərdən uzaq olaq.
Layihələrdə ekoloji cəhətdən təmiz materiallar
Biz kotteclərin, evlərin, mənzillərin və s. tikintisi və bəzədilməsi zamanı yalnız ekoloji təmiz inşaat, bəzək materialları və mebeldən istifadə edirik. Çünki biz müştərilərimizin təmiz hava ilə nəfəs almasını istəyirik.

MİSSİYAMIZ

KREATİV
İDEYALAR
SİZİN ÜÇÜN

Bizim
işlər~_\
Yataq otağı
Mətbəx